1.Dəqiq ifadə və ya söz birləşməsinin tapılması
Dəqiq ifadə və ya söz birləşməsinin tapılması çox sadədir!Bunun üçün sadəcə olaraq « » dırnaq işarəsinhttps://www.blogger.com/blogger.g?blogID=4593123005315568423#editor/target=post;postID=8638326289761623395;onPublishedMenu=allposts;onClosedMenu=allposts;postNum=0;src=linki istifadə edin.Bununla da , Google eynilə axtardığınız ifadə ,söz birləşməsi və ya söz forması olan veb səhifələri axtarıb sizə təqdim edəcək.
Nümunə :
« qapalı trayektoriyada görülən iş »
2. Bir kəlməsini unutduğunuz sitatın ,qanunun və ya tərifin tapılması
Bu axtarış da sadədidir ! Sadəcə olaraq bir kəlməsini unutduğunuz sitatı və s « » dırnaq işarəsi içində yazın və unutduğunuz kəlmənin yerinə * ilduz işarəsi qoyun . Beləliklə sitat və s. unutduğunnuz kəlmə ilə birlikkdə Google tərəfdən tapılacaq.
Nümunə :
« Həyat velosiped kimidir , * itirməmək üçün daim irəliləmək lazımdır »
3.Bir neçə istənilən sözün tapılması
Sizə lazım olan sözlərin Google tərəfindən eyni zamanda axtarışı üçün sadəcə sözlər arasına şaquli sleş-cizgi :| qoymaq lazımdır.Bu sözlərdən istənilən biri olan sənədlər tapılıb sizə təqdim olunacaq.
Nümunə :
fizika | laboratoriya | virtual
4.Eyni cümlədə işlənməsini istədiyiniz sözlərin axtarılması
Bunun üçün qəşəng adı olan operatoru « ampersand » — & istifadə etməlisiniz. Əgər sözləri ampersand işarəsilə birləşdirsəniz Googl bu iki sözün birgə işləndiyi cümlələri tapıb sizə təqdim edəcək
Nümunə :
Qaliley qülləsi & Piza
5.Axtarışdan hansısa sözü ixtisar etmək
Sadəcə olaraq axtarışın verdiyi nəticələrdə qarşılaşmaq istəmədiyiniz sözün düz qarşısına minus işarəsini - qoymaq lazımdır.
Nümunə :
Sadəcə olaraq axtarışın verdiyi nəticələrdə qarşılaşmaq istəmədiyiniz sözün düz qarşısına minus işarəsini - qoymaq lazımdır.
Nümunə :
fizika qanunları -qanunvericilik
6. Müəyyən veb səhifədə hansısa sözün axtarışı
Bu tipli axtarışlarda site operatoru istifadə olunur.bu birbaşa axtarış zamanı müəyyən veb səhifəni göstərməklə orada ixtiyari sözün axtarışını təmin edir .Mütləq site: yazılışından istifadə etməlisiniz.
Nümunə :
7.Müəyyən formatlı sənədin axtarışı
Szə mime operatoru kömək ola bilər .Sadəcə olaraq mime: və daha sonra sizə lazım olan pdf və ya doc tipini yazın
Nümunə :
Fənn kurikulumu təlim materialları mime:pdf
8. Sözün mənasının axtarışı
Sadəcə olaraq mənasını axtardığınız sözün qarşısına define: operatorunu qeyd etmək lazımdır
Nümunə :
define:ətalət
0 коммент.:
Отправить комментарий