Gələcək indidir ! Göögle Gözlüklərin təqdim etdiyi imkanlardan istifadə etməklə təhsil verənlər və təhsil alanlar təlim və tədris prosesindən  məmnun qalacaqlar .Araşdırın və tətbiq edin !
Google-Glass-small

Hər  gün   milyonlarla  insan  Googleda müxtəlif  informasiyaların axtarışını  edir.Ancaq  çox  az  sayda  istifadəçi  Googlenin axtarış imkanlarını bilir  və  istifadə  edir.Googledən  istifadə  edərək  daha  effektli  məlumat  axtarma  üsullarından  bir  neçəsini  sizə  təqdim  edəcəm.Oxuyun  , tətbiq  edin  və  yararlanın.
1.Dəqiq    ifadə   və  ya   söz    birləşməsinin  tapılması
Dəqiq    ifadə   və  ya   söz    birləşməsinin  tapılması çox sadədir!Bunun  üçün sadəcə olaraq   « » dırnaq işarəsinhttps://www.blogger.com/blogger.g?blogID=4593123005315568423#editor/target=post;postID=8638326289761623395;onPublishedMenu=allposts;onClosedMenu=allposts;postNum=0;src=linki istifadə edin.Bununla da  , Google eynilə axtardığınız ifadə ,söz birləşməsi  və ya  söz forması olan  veb  səhifələri  axtarıb  sizə  təqdim edəcək.
Nümunə :
                    « qapalı  trayektoriyada  görülən iş »         
2. Bir  kəlməsini  unutduğunuz  sitatın   ,qanunun  və  ya  tərifin tapılması
Bu axtarış da sadədidir ! Sadəcə olaraq bir kəlməsini unutduğunuz sitatı və s   « » dırnaq  işarəsi  içində yazın  və  unutduğunuz  kəlmənin  yerinə  *  ilduz işarəsi qoyun . Beləliklə  sitat  və  s. unutduğunnuz  kəlmə  ilə  birlikkdə  Google   tərəfdən  tapılacaq.
Nümunə :
« Həyat  velosiped kimidir , * itirməmək üçün daim irəliləmək lazımdır » 
3.Bir  neçə  istənilən  sözün  tapılması 
Sizə  lazım  olan  sözlərin  Google tərəfindən  eyni  zamanda  axtarışı  üçün sadəcə  sözlər  arasına şaquli sleş-cizgi :|  qoymaq lazımdır.Bu sözlərdən istənilən biri olan sənədlər tapılıb sizə təqdim olunacaq.
Nümunə :
 fizika |   laboratoriya |   virtual
 4.Eyni  cümlədə  işlənməsini istədiyiniz  sözlərin axtarılması
Bunun  üçün  qəşəng  adı  olan operatoru  « ampersand » — &  istifadə  etməlisiniz. Əgər  sözləri  ampersand işarəsilə  birləşdirsəniz  Googl  bu   iki  sözün  birgə  işləndiyi  cümlələri  tapıb  sizə  təqdim  edəcək
Nümunə : 
Qaliley  qülləsi  & Piza
5.Axtarışdan  hansısa  sözü  ixtisar  etmək
Sadəcə olaraq  axtarışın verdiyi  nəticələrdə qarşılaşmaq  istəmədiyiniz  sözün düz  qarşısına minus  işarəsini qoymaq  lazımdır.
Nümunə : 
fizika  qanunları -qanunvericilik
 6. Müəyyən veb  səhifədə  hansısa  sözün  axtarışı
 Bu tipli  axtarışlarda site operatoru  istifadə  olunur.bu  birbaşa  axtarış  zamanı  müəyyən  veb  səhifəni  göstərməklə  orada  ixtiyari  sözün  axtarışını  təmin  edir .Mütləq  site: yazılışından  istifadə  etməlisiniz.
Nümunə :
7.Müəyyən formatlı sənədin  axtarışı
Szə  mime  operatoru  kömək  ola  bilər .Sadəcə  olaraq mime:  və  daha  sonra sizə  lazım  olan  pdf  və ya  doc tipini yazın  
Nümunə :
Fənn  kurikulumu  təlim  materialları mime:pdf
8. Sözün  mənasının  axtarışı
 Sadəcə  olaraq  mənasını  axtardığınız  sözün  qarşısına  define: operatorunu  qeyd  etmək  lazımdır
Nümunə :
define:ətalət