Fiziklərin Qeyri-Adi Siyahısı

Məhşur fiziklərin elmi nailiyyətlərini tarixi pul əskinaslarından maraqlı şəkildə araşdırın.

Kainatın Ölçüləri Nə Qədərdir ?

Bir zərrəsi olduğumuz kinatın min və max ölçülərini təsəvvür belə edə bilmərik.Bu idarə edə biləcəyiniz animasiyanın möhtəşəmliyinə heyran olacaqsınız.

Fizika Lətifələri Güldürür Və Öyrədir

DÜSTURSUZ ,QRAFİKSİZ FİZİKANI LƏTİFƏLƏRDƏN ÖYRƏNƏ BİLƏRİNİZ.NECƏ ? GÜLƏ-GÜLƏ !

Quranın Fizika Möcüzələri

MÜASİR FİZİKANIN PROBLEMLƏRİ AŞKAR ŞƏKİLDƏ MÜQƏDDƏS QURANDA ÖZ ƏKSİNİ TAPIR. .

Gələcək indidir ! Göögle Gözlüklərin təqdim etdiyi imkanlardan istifadə etməklə təhsil verənlər və təhsil alanlar təlim və tədris prosesindən  məmnun qalacaqlar .Araşdırın və tətbiq edin !
Google-Glass-small

Hər  gün   milyonlarla  insan  Googleda müxtəlif  informasiyaların axtarışını  edir.Ancaq  çox  az  sayda  istifadəçi  Googlenin axtarış imkanlarını bilir  və  istifadə  edir.Googledən  istifadə  edərək  daha  effektli  məlumat  axtarma  üsullarından  bir  neçəsini  sizə  təqdim  edəcəm.Oxuyun  , tətbiq  edin  və  yararlanın.
1.Dəqiq    ifadə   və  ya   söz    birləşməsinin  tapılması
Dəqiq    ifadə   və  ya   söz    birləşməsinin  tapılması çox sadədir!Bunun  üçün sadəcə olaraq   « » dırnaq işarəsinhttps://www.blogger.com/blogger.g?blogID=4593123005315568423#editor/target=post;postID=8638326289761623395;onPublishedMenu=allposts;onClosedMenu=allposts;postNum=0;src=linki istifadə edin.Bununla da  , Google eynilə axtardığınız ifadə ,söz birləşməsi  və ya  söz forması olan  veb  səhifələri  axtarıb  sizə  təqdim edəcək.
Nümunə :
                    « qapalı  trayektoriyada  görülən iş »         
2. Bir  kəlməsini  unutduğunuz  sitatın   ,qanunun  və  ya  tərifin tapılması
Bu axtarış da sadədidir ! Sadəcə olaraq bir kəlməsini unutduğunuz sitatı və s   « » dırnaq  işarəsi  içində yazın  və  unutduğunuz  kəlmənin  yerinə  *  ilduz işarəsi qoyun . Beləliklə  sitat  və  s. unutduğunnuz  kəlmə  ilə  birlikkdə  Google   tərəfdən  tapılacaq.
Nümunə :
« Həyat  velosiped kimidir , * itirməmək üçün daim irəliləmək lazımdır » 
3.Bir  neçə  istənilən  sözün  tapılması 
Sizə  lazım  olan  sözlərin  Google tərəfindən  eyni  zamanda  axtarışı  üçün sadəcə  sözlər  arasına şaquli sleş-cizgi :|  qoymaq lazımdır.Bu sözlərdən istənilən biri olan sənədlər tapılıb sizə təqdim olunacaq.
Nümunə :
 fizika |   laboratoriya |   virtual
 4.Eyni  cümlədə  işlənməsini istədiyiniz  sözlərin axtarılması
Bunun  üçün  qəşəng  adı  olan operatoru  « ampersand » — &  istifadə  etməlisiniz. Əgər  sözləri  ampersand işarəsilə  birləşdirsəniz  Googl  bu   iki  sözün  birgə  işləndiyi  cümlələri  tapıb  sizə  təqdim  edəcək
Nümunə : 
Qaliley  qülləsi  & Piza
5.Axtarışdan  hansısa  sözü  ixtisar  etmək
Sadəcə olaraq  axtarışın verdiyi  nəticələrdə qarşılaşmaq  istəmədiyiniz  sözün düz  qarşısına minus  işarəsini qoymaq  lazımdır.
Nümunə : 
fizika  qanunları -qanunvericilik
 6. Müəyyən veb  səhifədə  hansısa  sözün  axtarışı
 Bu tipli  axtarışlarda site operatoru  istifadə  olunur.bu  birbaşa  axtarış  zamanı  müəyyən  veb  səhifəni  göstərməklə  orada  ixtiyari  sözün  axtarışını  təmin  edir .Mütləq  site: yazılışından  istifadə  etməlisiniz.
Nümunə :
7.Müəyyən formatlı sənədin  axtarışı
Szə  mime  operatoru  kömək  ola  bilər .Sadəcə  olaraq mime:  və  daha  sonra sizə  lazım  olan  pdf  və ya  doc tipini yazın  
Nümunə :
Fənn  kurikulumu  təlim  materialları mime:pdf
8. Sözün  mənasının  axtarışı
 Sadəcə  olaraq  mənasını  axtardığınız  sözün  qarşısına  define: operatorunu  qeyd  etmək  lazımdır
Nümunə :
define:ətalət 
My Greek Physics AlphabetƏziz  oxucum, yəqin  ki , şəkilli  əlifbalara  rast  gəlmisiniz.Fizkadan sizə məlum olan kəmiyyətləri də İngilis dilli əlifba şəklində təqdim edirəm.Niyə İngilis dilində ? Əmin olun ki ,əgər zəmanə ilə ayaqlaşmaq , müasir təhsil trendlərindən  geri qalmaq  istəmirsinizsə  beynəlxalq  dillərdən   olan  İngilis dilinin öyrənilməsini sizə inadla məsləhət görürəm. Düşünürəm ki ,bu maraqlı Fizika Kəmiyətləri Əlifbası sizə bu istiqamətdə fərqli öyrənmə üsulu olacaq.Baxın ,Öyrənin ,Faydalanın !
 My Greek Physics Alphabet
My First Physics Alphabet Poster    





  


Bəzən bizdə sual yaranır,niyə təcili a-ilə, zamanı -t ilə, məsafəni -d ilə və yaxud tutumu -C ilə və s. işarə edirlər. Yaxın əyləş , həm fiziki kəmiyyətlərin işarələrini , həmdə İngilis dilində fizikaya aid olan sözlər öyrənəcəyik. Maraqlıdır , elə deyilmi ? Buyurun oxuyun:
 yol             ( l)                            - length 
yerdəyişmə (S)                            -strength
 məsafə      (d)                              -distace
 kütlə        (m)                              -mass 
amplitud  (A)                              -amplitide
 həcm       (V)                              -volyume 
sürət          (v)                              -velocity 
        təcil      (a )                                     -acceleration 
 aktivlik   (A)                               - activity 
period ,zaman (T)                      - time 
impuls    ( P)                              -pulse
 qüvvə    (F)                                -Force 
iş            (A )                                -Activity 
enerji    (E)                                -Energy
 təzyiq   (P)                                - Press
 şüalanma dozası (D )              -Dozen
 elektrik tutum , istilik tutumu (C) -Capacity
 Düşünürəm ki , öyəndiklərinizdən faydalanacaqsiniz.
iCircuit- maraqlı , öyrədici və  tətbiq edici proqramdır. Razılaşarsınız  ki, məktəbdə keçilən  fizika  dərslərində cərəyan  dövrəsinin  elementləri ilə tanışlıq ,müqavimətlərin  ardıcıl və  paralel qoşulması ,müxtəlif cərəyan  dövrələrinin  yığılması üçün lazımi imkanlar yoxdur  və ya vəsaitlər  olsa da  müəllimlər  fantaziyalarımıza  sərhəddlər  qoyur. .Çünki   texniki  təhlükəsizlik  qaydalarının  gözlənilməsi  vacib şərtdir!  iCircuit vəsaiti  öz istifadəçisinə bu  baxımdan  sərhədsiz  imkanlar verir; çoxlu sayda rezistorlar ,lampalar ,reostatlar vəs. İstifadəçilərdən  sadə sintezatorlar  ,elektron  saatlar vəs qura  bilən istifadəçilər var. 
        
Newton’s Playground - planetlərin  qarşılıqlı cazibəsii  imitasiya  edən  Fizika Oyunudur.Ekranda  bir- birinin  orbitinə düşən . hərəkət  trayektoriyasının  dəyişməsinə   səbəb  olan   onlarla  səma  cisimləri  hərəkət  edir. Newton’s Playground  oyununda  siz  hətta  Planetlərin Günəş  Sistemini müxtəlif  variantlarda  qurmaq  imkanına maliksiniz.Səma  cisimlərinin  sıxlığı  ,kütləsi  .həcmi  ,orbiti  ,hərəkət trayektoriyası seçimində sərbəstsiniz. Bu  oyun  gələcəyin  astronom və ya astronavt olmaq  istəyənləri  üçün  əla  bir  öyrədici  sınaq  meydanhttps://itunes.apple.com/app/newtons-playground/id577911247?mt=8https://itunes.apple.com/app/newtons-playground/id577911247?mt=8ıdır
Powder  Toy -tam  ödənişsiz olan  bu Fizika Öyrədici Oyun  ilk  baxışdan  Algodoo oyununa  oxşayır. Lakin  bu  oyun  daha maraqlıdır,çünki  burada prosesin  getdiyi  həcmlərdəki   temperatur  və  təzyiq  amilləri  nəzərə  alnır.Algodoonun gənc mühədis oyunçuları  təyyarə   ,  gəmi  və  avtomobil  düzəltməklə  məşqul olduqları  halda  ,Povder  Toy həvəskarları  daha  çətin  və  məsuliyyətli  işlə , nüvə  reaktorları  və vulkanları hazırlamaqla  məşquldurlar.

          
Algodoo - mexaniki  obyektlərin  ikiölçülü  müstəvidə  simulyatorudur. Algodoo oyun  alətləri   kifayət  qədər  təkmilləşmiş  mexanizmlər  yaratmağa  imkan  verir.Bu  fizika  oyun  simulyatorunda  sadə bloklardan , vintlərdən ,yaylardan  ,zəncir  və kəndirlərdən  istifadə  edərək  hətta avtomobil  də  düzəltmək olar.Algodoo  simulyatorunun  analiz  rejimi hazırladığınız  mexanizmlərin hərəkəti  zamanı  onlara  təsir  edən   qüvvələri  və  bu qüvvələrin  qarşılılqlı  təsirini  müşahidə  etməyə  imkan  yaradır. Youtubeda  yerləşdirilmiş  çoxsaylı  öyrədici  videolardan  və  Algodoo  rəsmi  saytındakı köməkdən istifadə  edərək , fizika  həvəskarları  və  gələcəyin  mühəndis  namizədləri bir-birindən  maraqlı hərəkətli  mexanizmlər hazırlaya  biləcəklər.
         
PC, Mac  və Linux — $19.95, Android və  iOS — $2.99 civarında olan bu Crayon Physics Delux  fizika  oyunu fizikanı  başa düşməkdən də  sadədir. Mexanikanın  əsasları haqqında  olan pazzl- cazibə  ,təcilli  hərəkət  və  sürtünməkimi hadisələri əhatə edir.Oyun mum kandarandaşları  ,uşaq  rəsmləri  və  incə  musiqinin fonunda əslində  qəliz olan  fizikanı əyləncəli şəkildə oyunçunun  ruhuna  hakim  edə  bilər. 
      
PC, Mac  və  Linux — $5  - $50 civarında olan bu fizika oyununu başqa  sözlə  " kvarkın  subatom fəzasında tənhalığı " kimi də  adlandırmaq  olar. Particulars  oyunu  arkada  və pazzlların elementar  zərrəciklər  fizikası  ilə qarışımıdır.Kvarkı  idarə  edən oyunçu müxtəlif  elementar  zərrəciklərlə qarşılaşmalı  olur.  Bu zaman zərrəciklərin  cazibəsi  və  itələnməsi  ,birləşməsi  və  parçalanması ,polyarlığının dəyişməsi  fizika  qanunlarına  uyğun olaraq  baş  verir.Particulars  fizika  oyununda xırdalıqlara varılmasa da ,ümumilikdə  Xüsusi  Nisbilik  Nəzəriyyəsinin  prinsiplərini  anlamaq  olur.