Показаны сообщения с ярлыком İNNOVATİV FİZİKA ACTİONLARI. Показать все сообщения
Показаны сообщения с ярлыком İNNOVATİV FİZİKA ACTİONLARI. Показать все сообщения
iCircuit- maraqlı , öyrədici və  tətbiq edici proqramdır. Razılaşarsınız  ki, məktəbdə keçilən  fizika  dərslərində cərəyan  dövrəsinin  elementləri ilə tanışlıq ,müqavimətlərin  ardıcıl və  paralel qoşulması ,müxtəlif cərəyan  dövrələrinin  yığılması üçün lazımi imkanlar yoxdur  və ya vəsaitlər  olsa da  müəllimlər  fantaziyalarımıza  sərhəddlər  qoyur. .Çünki   texniki  təhlükəsizlik  qaydalarının  gözlənilməsi  vacib şərtdir!  iCircuit vəsaiti  öz istifadəçisinə bu  baxımdan  sərhədsiz  imkanlar verir; çoxlu sayda rezistorlar ,lampalar ,reostatlar vəs. İstifadəçilərdən  sadə sintezatorlar  ,elektron  saatlar vəs qura  bilən istifadəçilər var. 
        
Newton’s Playground - planetlərin  qarşılıqlı cazibəsii  imitasiya  edən  Fizika Oyunudur.Ekranda  bir- birinin  orbitinə düşən . hərəkət  trayektoriyasının  dəyişməsinə   səbəb  olan   onlarla  səma  cisimləri  hərəkət  edir. Newton’s Playground  oyununda  siz  hətta  Planetlərin Günəş  Sistemini müxtəlif  variantlarda  qurmaq  imkanına maliksiniz.Səma  cisimlərinin  sıxlığı  ,kütləsi  .həcmi  ,orbiti  ,hərəkət trayektoriyası seçimində sərbəstsiniz. Bu  oyun  gələcəyin  astronom və ya astronavt olmaq  istəyənləri  üçün  əla  bir  öyrədici  sınaq  meydanhttps://itunes.apple.com/app/newtons-playground/id577911247?mt=8https://itunes.apple.com/app/newtons-playground/id577911247?mt=8ıdır
Powder  Toy -tam  ödənişsiz olan  bu Fizika Öyrədici Oyun  ilk  baxışdan  Algodoo oyununa  oxşayır. Lakin  bu  oyun  daha maraqlıdır,çünki  burada prosesin  getdiyi  həcmlərdəki   temperatur  və  təzyiq  amilləri  nəzərə  alnır.Algodoonun gənc mühədis oyunçuları  təyyarə   ,  gəmi  və  avtomobil  düzəltməklə  məşqul olduqları  halda  ,Povder  Toy həvəskarları  daha  çətin  və  məsuliyyətli  işlə , nüvə  reaktorları  və vulkanları hazırlamaqla  məşquldurlar.

          
Algodoo - mexaniki  obyektlərin  ikiölçülü  müstəvidə  simulyatorudur. Algodoo oyun  alətləri   kifayət  qədər  təkmilləşmiş  mexanizmlər  yaratmağa  imkan  verir.Bu  fizika  oyun  simulyatorunda  sadə bloklardan , vintlərdən ,yaylardan  ,zəncir  və kəndirlərdən  istifadə  edərək  hətta avtomobil  də  düzəltmək olar.Algodoo  simulyatorunun  analiz  rejimi hazırladığınız  mexanizmlərin hərəkəti  zamanı  onlara  təsir  edən   qüvvələri  və  bu qüvvələrin  qarşılılqlı  təsirini  müşahidə  etməyə  imkan  yaradır. Youtubeda  yerləşdirilmiş  çoxsaylı  öyrədici  videolardan  və  Algodoo  rəsmi  saytındakı köməkdən istifadə  edərək , fizika  həvəskarları  və  gələcəyin  mühəndis  namizədləri bir-birindən  maraqlı hərəkətli  mexanizmlər hazırlaya  biləcəklər.
         
PC, Mac  və Linux — $19.95, Android və  iOS — $2.99 civarında olan bu Crayon Physics Delux  fizika  oyunu fizikanı  başa düşməkdən də  sadədir. Mexanikanın  əsasları haqqında  olan pazzl- cazibə  ,təcilli  hərəkət  və  sürtünməkimi hadisələri əhatə edir.Oyun mum kandarandaşları  ,uşaq  rəsmləri  və  incə  musiqinin fonunda əslində  qəliz olan  fizikanı əyləncəli şəkildə oyunçunun  ruhuna  hakim  edə  bilər. 
      
PC, Mac  və  Linux — $5  - $50 civarında olan bu fizika oyununu başqa  sözlə  " kvarkın  subatom fəzasında tənhalığı " kimi də  adlandırmaq  olar. Particulars  oyunu  arkada  və pazzlların elementar  zərrəciklər  fizikası  ilə qarışımıdır.Kvarkı  idarə  edən oyunçu müxtəlif  elementar  zərrəciklərlə qarşılaşmalı  olur.  Bu zaman zərrəciklərin  cazibəsi  və  itələnməsi  ,birləşməsi  və  parçalanması ,polyarlığının dəyişməsi  fizika  qanunlarına  uyğun olaraq  baş  verir.Particulars  fizika  oyununda xırdalıqlara varılmasa da ,ümumilikdə  Xüsusi  Nisbilik  Nəzəriyyəsinin  prinsiplərini  anlamaq  olur. 
       
A Slower Speed of Light    -    PC, Mac və Linuxu  ödənişsiz olan bu  3D fizika dinamik fəaliyyət - action işıq sürətinə yaxın sürətlərdə cərəyan edir; actionun  baş qəhrəmanı xüsusi kürələr tpolamaqla işığın yayılmasında baş verən müxtəliflikləri , zamanın  relyativistik  yavaşımasını , Lorens dəyişikliklərini və Dopler  effektini müşahidə  etmək  imkanı  əldə edir.MİT  oyunlar laboratoriyasının hazırladığı bu vəsait izləyənlərə qavranılması çətin olan Xüsusi nisbilik  Nəzəriyyəsini alamağa kömək  edə  bilər. Belə ki ,bu  nəzəriyyənin  xüsusi  effektlərinini  gündəlik  həyatda yaşaya bilmirik.