Показаны сообщения с ярлыком Maraqlı fizika. Показать все сообщения
Показаны сообщения с ярлыком Maraqlı fizika. Показать все сообщения
   Müasir tendensiyaları nəzərə alsaq ,məhşur elm adamlarının da logosu olamalıdır. Niyə də yox!
Elə isə logolar onların özünü xatırlatsa daha yaxşı olar.Logosu olan alimlərin arasıda məhşur fiziklər liderlik edir.
             

                _35                                26
                           10        metrdən    9,3*10    metr
ölçülərədək ağılasığmaz, müqayisəli, idarə edə  
             biləcəyiniz  möhtəşəm  animasiya.
Xətkeş  üzərində  insan  siluetindən  başlayaraq  sağa  doğru mausu  hərəkət  etdirməklə
getikcə artan  ölçüləri ,maddi  varlıqları  heyranlıqla  seyr edin ; sola  doğru  mausu
  hərəkət etdirməklə isə özündən  ölçücə  kiçik  olan , gözlə görə bilməyəcəyin  ,hətta təsəvvür edə bilməyəcəyin  var  olan reallıqlarla baş-başa  qalacaqsan. Gördüklərini  baxmaq üçün  dostlarına da  məsləhət görəcəksən. 


     Nə öyrənə  bildin ?
-Deməli,    Kainatın   hələdə   dəqiq    olmayan  ölçüləri 
930   Ym (yottametr)-dir ,   daha    dəqiq         26 
93 000 000 000 İşıq ili , daha da dəqiq  9.3 10    metrdir .
-Biz,   yəni   Yer   planeti ,   Günəş   qallaktikası  heç  də  Kainatın  mərkəzində   yerləşmirmişik.



                               Şəkil


    Müəllim şagirdlərə atomun quruluşunu başa salır:

-Beləliklə,uşaqlar,atom nüvə və onun ətrafında fırlanan
   elektronlardan təşkil olunb.Hamıya aydındır ?
-Bəli, bir şey aydın olmadı, bəs nüvə ilə elektronlar arasında nə var ?
-Aaa...yəqin ki...hava var.




Müəllim soruşur:

-"at gücü"-nün nə olduğunu bilən varmı ?

Vüqar cavab verir:

-Boyu 1m və kütləsi 1kq olan atın yaratdığı gücə " at gücü " deyilir.

-Maraqlıdır! Sən özün elə at görmüsən ?

-Xeyir, onu Parisdə ,Ölçü və Çəkilər üçün Etalonlar Palatasında saxlayırlar.



                                                           Müəllim soruşur:

-Əli ,Arximed kim olub ?

-Deməli ,.. Arximed alim olub ..su ilə dolu
vannada uzanıb fikirləşən vaxt  birdən " Evrika" deyə qışqırıb.

-Evrika nə deməkdir ki?

-"tapdım" deməkdir.

-Arximed nə tapmışdı ki?
-Bilmirəm...yəqin sabun tapıb.




                                 

  Müəllim soruşur:

-Vəliyev , bu iki  fazanı  əlinə  alsan ,səni   neçə  volt gərginlik   vurar?

-Müəllim , mən niyə?,  Məmmədov fazaları  əlinə alsın , axı  əlaçı  odur?!


                                     








Müəllim:
-Əli, Yerin forması dairəvidir , yoxsa ellipsdir ?
-Müəllim, dəqiq bilmirəm ,ancaq babam deyir ki, dünya çox qarmaqarışıqdır.








-Baba ,müəllimim dedi ki , bu gün Günəş tutulması baş verəcək.Olar, həyətə çıxım ,baxım ?
-Bala ,çıx bax , ancaq çox yaxına getmə!





Əhməd kiçik qardaşına deyir :
-Vəli, bilirsən ,ümumdünya cazibə qanunu olmasa idi , biz havada uçardıq.
-Çox heyf ,görəsən kim və nə vaxt bu qanunu qəbul edib, imzalayıb ?






Bir gün Nəsrəddin Hocadan zarafatla soruşurlar:
-Hoca ,sən bilərsən ,dünyanın mərkəzi haradadır ?
Nəsrəddin Hoca özünü itirmədən cavab verir :
-Uzunqulağımın ayağını qoyduğu yerdədir.İnanmırsınız,ölçün!








Müəllim :
-Uşaqlar ,bilirsinizmi ,ümumdünya cazibə qanunu hesabına biz yerdə ayaq üstə dururuq ,gəzirik.
-Müəllim , bəs bu qanun qəbul olunmazdan əvvəl necə ayaq üstə dururduq ?



Ata qızının gündəliyini yoxlayır :
Fizika-2
Kimya -2
Tarix  -2
Ədəbiyyat-2
Nəğmə -5
Qiymətləri görən ata hiddətlənir:
-Bu qiymətlərlə hələ sənin mahnı oxumaq həvəsin də var ?!

                                                                 
Stola  içində yarıya qədər su olan stəkan qoyulur.Təklif olunur ki , hər kəs öz fikrini söyləsin.
Optimist deyir :
-Yarım dolu su stəkanıdır.
Pessimist deyir :
Stəkanın yarısı boşdur.
Mararaqlıdır bəs fizik nə deyir. O, yazır :
                                            1/2 ( Vtam -Vdolu)


Valideyn iclasında ata etiraf edir :
-Sizinlə razıyam , söz mənim oğlumun bu qulağından girir , o biri qulağından çıxır.Neyləyə bilərəm ?
Fizika müəllimi tez düzəliş edir :
-Səhv edirsiniz ,səs vakuumda (boşluqda ) yayılmır! 



-Ata ,sənə bir fizika sualı verəcəm ,baxaq cavab verə biləcəksən?
Gücü nə ilə ölçürlər ?
-Bala ,gücü indi pul ilə ölçürlər!
-Bəs fizika müəllimim deyir ki . gücü Vattla ölçürlər ?!