Gələcək indidir ! Göögle Gözlüklərin təqdim etdiyi imkanlardan istifadə etməklə təhsil verənlər və təhsil alanlar təlim və tədris prosesindən məmnun qalacaqlar .Araşdırın və tətbiq edin !



Əziz oxucum, yəqin ki , şəkilli əlifbalara rast gəlmisiniz.Fizkadan sizə məlum olan kəmiyyətləri də İngilis dilli əlifba şəklində təqdim edirəm.Niyə İngilis dilində ? Əmin olun ki ,əgər zəmanə ilə ayaqlaşmaq , müasir təhsil trendlərindən geri qalmaq istəmirsinizsə beynəlxalq dillərdən olan İngilis dilinin öyrənilməsini sizə inadla məsləhət görürəm. Düşünürəm ki ,bu maraqlı Fizika Kəmiyətləri Əlifbası sizə bu istiqamətdə fərqli öyrənmə üsulu olacaq.Baxın ,Öyrənin ,Faydalanın !
Online təlim- müasir dövrdə bir çox insanlara online vasitəsilə öyrənmək üçün kömək edə biləcək ən effektiv vasitələrdən biridir.
Dünyanın bir çox tanınmış kollecləri belə online təlimi həyata
keçirir və tələbələr distant olaraq dərəcə əldə edirlər. Bu məqsədlə
dünyanın bir sıra tanınmış təhsil mərkəzlərində istifadə olunan Labster Virtual laboratoriyasının Demo Lab -Nümayiş Laboratoriyasını sizə təqdim edirəm.Təhlükəsiz
olan nümayiş və sınaq xarakterli virtual mühitdə Labster çx
unikal xüsusiyyətləri ilə diqqəti cəlb edir.Siz də virtual
laboratoriyada sınaqlara cəhd edin. 3D Labsterin imkanları yeni
sınaqlar etmək və öyrəndiklərindən zövq almaq hissini sizə
yaşada bilər. Beləliklə , ilkin tanışlıq üçün Nümayiş laboratoriyasının imkanlarını araşdırın və yeni sınaqlar üçün isə mütləq qeydiyytdan keçin. Təəsüratlarınızı mənə mesajla yaza bilərsiniz.
Müəllif hüquqları qorunur.Copyright © FUN FIZIKA with physics teacher Aliya Ahmadova | WebDizayn AliyaAhmadova