03:31 müəllif: Aliya Ahmadoaşərh et
Müasir tendensiyaları nəzərə alsaq ,məhşur elm adamlarının da logosu olamalıdır. Niyə də yox!
Elə isə logolar onların özünü xatırlatsa daha yaxşı olar.Logosu olan alimlərin arasıda məhşur fiziklər liderlik edir.
Elə isə logolar onların özünü xatırlatsa daha yaxşı olar.Logosu olan alimlərin arasıda məhşur fiziklər liderlik edir.
04:03 müəllif: Aliya Ahmadoaşərh et
"Bağışlayan və mehriban Allahın adı ilə"
Müqəddəs Quranın elmi möcüzələri saymaqla bitməz...Şübhəsiz ki ,onların aşkarlanması üçün dərin fiziki biliklərə ehtiyac vardır.Kainatın yaradılışında riyaziyyat və fizikanın ahəngli şəkildə uyğunlaşmasından möhtəşəm şahəsər formalaşmışdır.
Geniş düşüncələrə dalsaq görəririk ki ,fizika materiya elmi deyil ,fizika Allahın kainat nizamı sistemidir.Müxtəlif kitabların incələnməsindən sonra təməl fizika qanunlarını dilə gətirən 4 ayəni nəzərinizə çatdırmaq istəyirəm.
Günümüzdə hər hansı fizika elm adamından soruşsaq :
-Kainat üçün ən mühüm müasir fiziki problemlər hansılardır ?
Yəqin ki ,bu cavabı verər:
1.Antizərrəcik gerçəkliyi
2.Gravitasiya qüvvəsi və jiraskopik hərəkət
3.Black holes-Qara dəliklər hadisəsi
4.Zaman anlayışı və Tachyon zərəciyi (işıqdan sürətli)
Beləliklə ,Quranın fizika möcüzələrindən bu 4 mühüm fiziki hadisələri aşkar edən 4 ayənin yorumunu verməyə cəhd edək.
1.Antizərrəcik gerçəkliyi üçün Surə.36 -Ayə.36
2.Gravitasiya qüvvəsi və jiraskopik hərəkət üçün Surə.81-Ayə.15-16
3.Black holes-Qara dəliklər hadisəsi üçün Surə.56-Ayə.75
4.Zaman anlayışı və Tachyon zərəciyi (işıqdan sürətli) Surə.32-Ayə.5 və Surə.70 -Ayə.4
1.Anti zərrəcik gerçəkliyi və Quran
Müasir fizikanın təməl gerçəkliklərindən biri antizərrəciklərin mövcud olmasıdır.Bu qaydaya görə bütün varlıqlar əks cütlər şəkilində yaradılmışdır və bu bütün fizika hadisələrinin təməlində yatan bir həqiqətdir.Anti-əks zərrəcikləri gündəlik həyatımızda ,kobud misalla desək ,cərəyanın müsbət-mənfisində, maqnitin şimal və cənub qütblərinin olmasında aşkarlayırıq.Müasir fiziklər Karl David Andersonun pozitronu kəşf etməsini fizika həqiqətləri baxımından dönüş nöqtəsi hesab edirlər.Bunun sayəsində də ,günümüzün ən böyük 5 fizikindən biri sayılan Dirak Antizərrəciklər həqiqətini tapa bilmişdir.Dirak belə deyirdi :bir kvant ixtiyari istiqamətdə məkan tutaraq bir spin qədər hərəkət etmiş olarsa ,əks istiqamətdə eyni məqsədli baqa bir kvant doğular.Yəni hər varlıq əks ekizi ilə birlikdə meydana gəlir. Belə cütlərə ən yaxşı misallar,
Elektron antizərrəciyi - pozitron
Proton antizərrəciyi - antiproton
Neytron antizərrəciyi - antineytron
Neytrino anticərrəciyi - antineytrino
İndi isə bu təməl biliklərin işığı altında Yasin Surəsinin 36-cı ayəsini oxuyaq (Surə 36, Ayə36 )
Elektron antizərrəciyi - pozitron
Proton antizərrəciyi - antiproton
Neytron antizərrəciyi - antineytron
Neytrino anticərrəciyi - antineytrino
İndi isə bu təməl biliklərin işığı altında Yasin Surəsinin 36-cı ayəsini oxuyaq (Surə 36, Ayə36 )
Her şeyi cüt yaratmıştır;
Ərzin bitirdiklərindən,
Və nəfslərinizdən,
Və daha neçə bilmədiklərinizdən…”
Ayəni biraz daha da açmağa cəhd etsək , " O Alllah Sübhandır ( Hər cür qeyddən xəbərardır ).Hər varlığı isə cüt yaratmışdır. Bu cüt yaranma hadisəsinə ayə üç yerdə izah gətirir.
a)Ərzin bitirdiklərindən ,
b) Öz nəfslərinizdən ,
c) Daha neçə bilmədiklərinizdən cüt yaradılmışdır.
Cüt ( Ezvac ) sözü latınca parite (antizərrəcik ) mənasındadır.Belə ki ,ayənin ikinci maddəsi cüt anlayışına insanın özünü misal çəkməklə erkək-dişi əkc cinsləri olmasını vurğulayır.Ayə yalnız erkək-dişi mənasında əks cütləri əhatə etmir.Çünki ayənin əvvəli "Hər şeydən cüt yaratdıq" deyə başlayır və " Neçə bilmədiklərinizdən cüt (əks cütlər ) yaradılmışdır " deyə məna dərinləşdirilir.
Xüsusilə də ,"Ərzin bitirdiklərindən (gözlə gördüyümüz,tamamlanmış ) başqa daha neçə cütlər yaratdıq " deyə buyurulması və deyilənlərin " Neçə bilmədikləriniz " ifadəsi ilə vurgulanması , çox açıq və dəqiqliklə anticərrəcik həqiqətini bəyan edir.
"Ərz (maddə )dən çıxanlar ,ərzdəki cütlərdən başqa bilmədiyiniz neçə cütlər yaratdıq " deyə buyurulmsı antizərrəcik həqiqətinin bütün kainata aid olmasını bildirir;müasir fizikadakı antizərrəcik qavramıda bu istiqamətdə öyrənilir.
Ayədən aydın olur ki ,əks cüt-anti cərrəcik anlayışının bitkilərə aidiyyatı yoxdur.Olsa idi ,bunun üçün də ayrıca ifadə buyurulardı.Bu halda ayə anticərrəcik anlayışına tam emi izah verir. Belə ki ,biz ayədə əks cütlərin üç cür qruplaşmasını görürük.
a ) Nəfslərinizdəki cütlər - bu hökm canlılara aid olan əks cütlər mənasındadır (xeyir-şər , yaxşı -pis...)
b ) Ərzdəki gördüyünüz cütlər-bu hökm maddənin quruluşundakı bütün cütlər mənasındadır (ionlar , maqnitin əks qütbləri ..)
c ) Bilmədiyiniz və ərzə aid olmayan cütlər-bu hökm bəlkə də , bu gün üçün bildiyimiz qədəriylə
1-kvantın cüt istiqamətdə spin əlaqəsi ,
2-Enejinin sorulub-buraxılması ,yəni fəzanın ənginliklərində Quasar və Black holes hadisələri ,
3-Cazibə qüvvəsi və ona qarşı əks olan Jiroskopik dönmə qüvvəsi ola bilər.
Kərimə ayəsinin hikmətləri əlbəttdə ki ,yalnız bunlar deyidir.
Bildiyimiz kimi kainatdakı bütün maddi varlıqlar özlərinə məxsuscazibə hesabına "ayaqda " durur.Əks halda kainatdakı bütün maddələr bir-birinə yapışar ,vahid cisim halına gələrdi.Maddi kainatın tarazılığı jiroskopik hərəkətin -itələmə gücünün hesabına təmin olunur.Məhz bu səbəbdən də bütün maddi varlıqlar sonu bilinməyən bir fırlanma-dönmə hərəkətini icra etməkdədirlər.
Elektron nüvənin ətrafında , Ay Yerin ətrafında ,Yer Günəşin ətrafında ,Günəş Süd Yolu ətrafında aramsız olaraq dönür,beləcə Cazibəyə qarşı çıxaraq mövcudluğunu davam etdirir.
Əgər cazibə olmasaydı hərəkətdə olan cisim kainatın dərinliklərinə ihərəkət edərək yox olardı.Jiroskopik dəf etmə gücü olmasaydı ,hərəkət edən cisim sonda bir başqa kütləyə yapışaraq yox olardı.
Günümüzə qədər Gravitasiya -cazibə heç də tam olaraq izah olunmamışdır.
Quran cazibə qüvvəsinə jiroskopik dəf etmə gücünü ziddi mənasına gələn bir baxış vermişdir.Bundan gözəl fiziki anlayış ola bilməz.
Quran cazibə qüvvəsinə jiroskopik dəf etmə gücünü ziddi mənasına gələn bir baxış vermişdir.Bundan gözəl fiziki anlayış ola bilməz.
İndi isə bu təməl biliklərin işığı altında Təkvir Surəsinin 15-ci ayəsini oxuyaq (Surə 81, Ayə 15 )
" Fəla uksimu bi’l Hunnəs "
Daha nələr, Hunnəsdən də yaxşı işarə nümunə ola bilməz və ya Hunnəsdən önəmli misal ola bilməz .
Hunnəsin iki mənası var.Hərəkət mənasında-tərsinə hərəkət edərək içinə büzülmə (daxilinə yığılma )anlamını verir. Belə ki ,bu ayədən sonrakı ayə çox aşkar olaraq axıcı bir orbital hərəkətdən bəhs edir.
" Əl cəvrail Kunnəs "
Kunnəsin mənası bir hərəkətin məqsədi ,güzərgahı ,istiqaməti , yolu ,orbiti deməkdir.Ayə tam mənası ilə jiroskopik hərəkət gücünü özündə ehtiva edir.
Burada və Quranda tez-tez "Kasəm " sözünə rast gəlinir. Başqa dillərdə bəzən tərcüməsi olmayan bu söz ərəb dilində and mənasındadır; ərəb ədəbiyyatında bu sözü xüsusilə şahid və dəlil mənasında işlədirlər (Allah şahid olsun ki ,..) Allah bir əmri verərkən ulduzların , Günəşin nizamını dəlil göstərmək ,bu həqiqətləri vurğulamaq üçün kasəm sözüylə başlayır.
Bu ayədə də Allah ,surə içində qiyaməti anladarkən kainatdakı ən önəmli fizika qanununu misal olaraq şahid-dəlil göstərir. Yəni , məhşər necə ola bilər ki ? sualına təbii bir cavab olaraq maddi kainatın ən böyük fizika qanununu (Ümumdünya cazibə Qanunu ) misal göstərir:" Cazibəyə (qravitasiya ) və jiroskopik hərəkətin dəf etmə gücü həqiqətinə kasəm edrəm " deyə buyurur.
"Fəla uksimu " ilə sıx işlədilən Kasəm deyimləri çox böyük miqyaslı həqiqətlər üçün istifadə olunur. Ayənin belə başlaması göstərilən misalın kainatdakı ən mühüm hadisələrdən biri olduğunu göstərir. Günümüzdə Fizika elmi bu sirri eyni ilə qəbul edir.Bəli ,ayədə beş kəlmə içində bildirilən bu mühüm fizika qanununun incəliklərini elə bu beş kəlmənin içində tapmaq mümkündür :
a) Kainat tarazlığını təmin edən iki mühüm məqam-qravitasiya və jiroskopik hərəkətdir;
b) Cazibə həqiqətini qavramaq mümkün deyildir.Ayədə öncə tamamilə bilinməz olan Hunnəsi zikr ederek ,sonra jiroskopik hərəkətin tərs qavramı olan qravitasiyaya önəm verməmizi söyləməkdədir;
c) Müasir dövrdə bütün fizika elmi laboratoriyaları qravitasiya sirrini aşkarlamaq niyyətindədir. Halbuki ,Quran bu sualın cavabını 15 əsr əvvəl vermişdir.
Hunnəs : öz içinə əks bir hərəkətlə dönən qüdrətdir.Beləcə , əziz oxucum ,Quranın ən önəmli möcüzəvi hikmətlərindən biri cildlərlə kitabların ifadə edə bilməyəcəyi həqiqətləri öz sistemi içində bir neçə kəlmə ilə izah edə bilməsidir. Quranın ilahi kitab olmasındakı hikmət beləcə aşkardır:
Surə 81 -ayə16-dakı Əl cəvrail kəməsi burada istinad nöqtəsidir.Belə ki ,Əl cəvrail mütləq şəkildə bəlli bir güzərgahla-trayektoriya ilə tıkrarlanan hərəkəti təmsil edir. Kunnəs isə bu hərəkəti aparicısı-idarə edənidir və konkret olaraq jiroskopik hərəkəti təmsil edir.15-ci ayədəki Hunnəs kəlməsi Əl cəvrail kəlməsinə inadən hərəkətin tərsi ,öz içinə doğru tərsinə hərəkət deməkdir ki,bu da tam mənası ilə qravitasiyanı göstərir.Fəla uksimu bil Hunnəs ,Əlcəvrail Kunnəs - Ümumdünya Cazibə Qanununu tam anlamı ilə bu möhtəşəm iki kəlmədə gizlidir.
Maddə kainatın ən böyük sirridir deyərək , Əl Vaqiə surəsinin 75-ci ayəsini ( Surə.56-Ayə.75) oxuyaq.
" Fəla uksimu bi məvaki innucum "...Gördüyünüz kimi Allah yenə böyük bir kainat sirrini göstərməkdədir. Tərcümədə "Qeyb olmuş ,yox olmuş ulduzların mövqeyinə kasem (and ,şahid .dəlil ) edirəm " və ayə çox qəribə-maraqlı bir cümlə ilə devam edir; "Və innəhu ləkasəmun ləv Ta’ləmune azim " Tərcümədə " ah bir bilsəniz ! Bu kasəm ,necə əzim ,necə əzəmətli bir Kasəmdir " Ayənin daxil olduğu surə ,müthiş,vahiməli hadisə mənasını verən Vaqiədır.Ən adlı -sanlı fiziklərdən soruşsanız ki ,müasir fizikanın ən aktual problemləri nədir ? Veriləcək cavabların əvvəlində mütləq Qara dəlik-Black- holes (yəni qeyb olmuş ,yox olmuş ulduzların vəziyyəti ) cavabı olacaq.Qurandakı bu ağıl almaz möcüzəyi görə bilmirsiniz ?
İndi isə bir ulduzun ölüb ,qeyb oma probleminə fizika elminin ən yeni açılışlarının işığı altında baxmağa çalışaq. Bir ulduz necə ölər ? Günümüzdə fiziklər və astrofiziklər bir çox məsələlərin çözümünə çatmışdır.Bir ulduzun enerjisinn tükəndiyi vaxt ,əvvələ molekulları hərəkət halını itirir və üst-üstə yığılır ,eləcə ulduz büzülür ,kiçilir.Bir müddət sonra daelektonlar nüvənin mərkəzinə düşür.Beləcə ,ulduz atom nüvələrinin yığını vəziyyətinə gəlir.Belə ulduz milyonlarca dəfə kiçilmiş olsada cazibəsi dəyişmir.Elektonların nüvə mərkəzinə düşməsi səbəbindən nüvədən kvantlar ,işıq dalğaları şüalanır; bu şüalanma ritmikdir ,sanki nəbz kimi atır. Bu ölü ulduzların "qəlbindəki son döyüntülərdir" ki ,0.01-0.02 saniyəlik fasilələrlə buraxılan bu şüalar nəbz kimi görüntü verdiyindən bunlara pulsar deyirlər.Günəşimiz kimi olduqca kiçik sayılan bir ulduzun ölüm aqibəti budur.Əgər ulduz daha böyükdürsə büzüldüyü zaman meydana gələn neytron yığınındakı qravitasiya elə şiddətli olar ki ,bütün neytronlar qopar,şiddətli bir cazibə yığını təşkil edər.Bu anda maddi görüntü həm kvant olaraq , həm nüvə olaraq yox olmuş ,kainatda sanki bir dəlik (Black-holes ) qalır.Bu nöqtəyə rus elm adamları Ulduz yeri , amerikalı elm adamları Qara dəlik adını vermişlər.Bəs bu dəliyi necə müşahidə edilblər ? İlk dəfə bu dəliyin mövcudluğuna yanından keçən hər cismi yox edən ,hər şeyi udan xüsusiyyəti ilə müşahidə ediblər ;Boston Universitetinin professoru Reimeo Rovni müşahidə edib və Jon Viller də qara dəlik adını verib.Bu hadisə fiziki mənada bir qravitasiya şokudur (Gravitasyon kollaps ). Albert Eynşteynin tələbələrindən olan Auben Heimer və Şneyder kainatdakı tarazlıq iki qarşılıqlı hadisəyə bağlıdır:Termonuklear genişlənmə və Qara dəliklər.Qara dəliklərin yaxın əhatəsindən keçən hər maddi varlıq ,ulduz .şüa yox olmaqda .ağıl almaz cazibə tərəfindən udulmaqdadır.Bu nöqtə yaxınlığında zaman sürətlənir ,sonra cisim udulub yox olur.
Budur ,müthiş-vahiməli hadisə adını daşıyan Əl Vaqiə surəsi içində 75-ci ayə Qara dəlik həqiqətini misal göstərərək (kasəm edərək ) məhşər gününü-qiyaməti göstərmiş olur: "Yox olmuş ulduzların yerinə and verirəm. Ah bir bilsəniz nə əzəmətli bir anddır( bir şahiddir ).Quranın bu qədər aşkar möcüzəsi qarşısında hər kəsin bütün vəsvəsələrdən ayrılıb ona tapınması qaçınılmazdır.
Yox olmuş ulduzların yeri-qara dəliklər mövzusunda məhşur fiziklərin çox maraqlı təxminləri vardır.Bəzilərinin fikrinə görə "Bu dəliklər maddi varlıqları şiddətlə udaraq kainatın dərinliklərinə atır" ; Bir qisminin fikrinə görə isə "Bu dəliklərin hüzuruna gələn maddi varlıqlar başqa bir fəza .zaman .məkan ölçülərinə düşərək maddədə olmaqdan da əlavə xüsusiyyətlər qazanırlar ". Bu son fikir Quranda da əmr olaraq buyurulmuş bəzi aləmlər həqiqətinə yaxın fikirdir.
Əl Vaqiə surəsi içindəki 75-ci ayənin daşıdığı digər hikmətlərə nəzər salaq :
a)"Qiyamətdə sizi eyni ilə ulduz yerinin (Qara dəlik ) ağıl almaz sirri kimi bir məkana göndərəcəm" deyilir
b)"Ölüm fikirləşdiyiniz kimi bir yox olma deyil ;yox olmuş kimi görünən bir ulduz yerində (Qara dəlikdə ) belə hikmətlər dolu başqa bir həyat sirri var.Siz də öldüyünüzü fikirləşdiyinizdə daha güclü bir yaşayışa rast gələcəksiniz"
c)Xilqətin ,yaradılışın önəmli bir sirri hadisələrin başladığı nöqtədən geri dönmə hikmətidir.
Cənabi Haqq bu ayədə "Ah bir bilsəniz ,o nə böyük bir Kasəmdir (Şahiddir ) " deyərkən ,məhz xilqətin bu böyük qanununa işarə etmişdir. Bəli ,bu ayə həqiqətən də kainatın ən bilinməz sirlərindən birini aşkar bir möcüzə sirri içində bəyan etmişdir. Məhşərdə məkanlardan məkanlara keçərkən ,bu ayənin sirrini hərkəs şəxsən yaşayaraq öyrənəcəkdir.
4.Zaman anlayışı , Tachyon zərrəciyi (işıqdan sürətli) və Quran
Albert Eynşteyn fizikaya zaman həqiqətini maraqlı olduğu qədər də qəribə olan nisbilik anlayışı ilə bərabər gətirdi:bununla da, elm adamlarının kainata sonsuz ölçülərdə baxış müstəvisini təmin etmiş oldu. Ancaq o .maddə quruluşu ilə məşğul olan elm adamlarının elmi tənqidlərindən yaxa qurtara bilmirdi .Qəribə fikirləri ilə o ,sürət və maddənin kütləsi arasında əlaqə axtarırdı.Əgər, Dirac və Heyzenberq kimi böyük fiziklərin müdaxiləsi olmasa idi ,işlər çətinə düşəcəkdi. Kütlə-sürət və zaman arasında bir əlaqə olmalıdır. Kütlə anlayışı olduqca bir cismi sürəti 299792458 m / san - dən çox ola bilməz .Bir şox hesablamalarda işıq sürətinin bu qiyməti keçərli olsa da ,kainat miqyslı ölçmələrdə bu cür yaxınlaşmada xətalar olurdu . Belə ki ,Kolombiyalı prof.Gerard Feinberq və Syrinxof kainatdan nümunələr verməyə çalışdı; sürətin bu qiymətinin bir neçə qatı qədər qiymətinə çatma imkanını fizikaya gətirdilər.Kosmik çalışmalar ,enerjisi tükənmiş kütlələr ,kütləsi bitib-enerjisi hesablanmış vəs hər uyğun hadisə qarşısında Syrinxof şüası və Tachyon ( işıqdan sürətli )adı verilmiş,sürəti 2-10c (c-işığın vakuumdakı sürətidir ) qədər olan şüaların mövcud olduğu qəbul edilir.Bu halda enerji asılılığının əsas şərti uyğun olaraq , çox sürətli cisimlər sürətini 2-10c yə qədər artırmış olduğu halda məhz bu şüalar ilə genişlənmiş olurlar .Bu halda 1000-50.000 TL( t- dünyamızda zamanın axma miqdarı )hesablanır.Xüsusilə də kosmik cisimlərin yaşama müddətinin araşdırılması göstərir ki , kainatın müxtəlif yerlərində zamanın axma sürəti fərqlidir.Bütün bulardan çıxan nəticə budur :
2) Sürəti işıq sürətindən böyük olan ( c ) şüalar görünmür və müşahidə olunmur (tachyon şüası ).
3 )Bir tachyon kütlə qazanarsa ,sürəti işıq sürətindən aşağı qiymətlərə düşər və görünən hala gələr ;
4 )Tachyonlar ətrafındakı zaman genişlənmiş,təsiri isə fərqlidir;
5 )Tachyonlar görülə bilən halı alarsa ,yəni sürəti azalarsa ,kiçik bir nöqtə halınan böyük məkan tutan bir vəziyyətə gələr;
6 )Tachyonlar və bənzər varlıqlar kainatın bir məkana keçidində sonsuz yaxınlaşmatəmin edir.Sanki ,zamanın təsiri altına düşür(zaman zaman genişlənmiş ,sürətləri minlərcə dəfə işıq sürətinə dəyişmişdir ).
Görəsən Quran Tachyonlar haqqında bizə nə bilgilər verir ? İndi isə bu təməl biliklərin işığı altında 32 -ci Surənin 5-ci ayəsini oxuyaq:
" Göydən yerə qədər hər işi O tədbir edər .sonrasizin saydığınız hesabla min il edən bir gündə yenə Ona yüksələr "
Növbəti 70-ci surənin 4-cü ayəsini oxuyaq :
"Mələklər və Ruh (oraya ) miqdarı (Yerdəki bir il qədər )əlli min il olan bir gündə yüsəlib çıxar"Bu ayələr bizə hansı bilikləri verir ?
1 )Yerdən kənar ölçülərdə zaman genişlənir,yəni başqa məna ilə bizim məkanımızdakı şiddətli təsiri zəifləyir.
2) Xüsusilə ikinci oxuduğumuz ayədə: Mələk və ruhların qorxunc bir sürətə sahib olduqları ,bu varlıqların sürəti maddənin maksimum sürətindən CN = C X 180000002‘ qədər çoxdur.
3) Maddədən kənar varlıqlar .bu ağıl almaz sürətləri ilə maddi aləmə gələrlərsə (Cəbrayılın peyğəmbərimizə gəlişi ),ya çox böyük cisimli varlıq olar ,ya da başqa məkandan bizə bir şüalanma kimi gələr .
4)Kainatda elə fərqli məkanlar var ki ,burada qravitasiyanın təsiri zaman koordinatı ilə əlaqəli deyildir;sürət sonsuza yaxındır,maddə ilə maddə ölçülərindən kənar maddiyat arasındakı fərq həm də sürətlə əlaqəlidir.Sürətin Tachyonlarda olduğu kimi bəlli qiymət həddini keçdikdən sonra yavaş-yavaş zamandan asılılığı zəifləyir.Yuxarıda qeyd etdiyimiz kimi ,ayədə beləcə də deyilir : "sizin zaman miqdarınızla 50 min il " şəklində buyurulur .Burada ayə açıq şəkildə məsafələrə qarşı sürətin böyük qiymətlərinə işarə edir ki ,bu tam olaraq bu günkü sürət və məkan anlayışına uyğun gəlir.
5 ) Əslində varlıqlar anlayışı geniş bir fiziki sistemdir.Bizim müşahidə etdiyimiz maddiyat isə sürətin müəyyən qiymət həddinin və zamanın təsirilə var olan xüsusi bir məkandır.
6 )İnsan ruh xüsusiyyətləri ilə sonsuz sürət halına keçid edə bilər .
7)Kainatdakı ixtiyari bir varlıq sürətini azaldaraq -itirərək maddi kainata keçid edə bilər.
Bəlli olur ki , 15 əsr əvvəl ,zaman və onun təsirləri mövzusunda heç bir elmi müzakirələrin olmadığı dövrdə bu iki ayə müasir fizikanın maddə və maddədən kənar mövzusunda bütün həqiqətləri dilə gətirmişdir.Xüsusilə , zamanla məkanın qarşılıqlı təsiri və sürət məsələsinə ayədə aydılıq gətirilir ki,müasir fizika da maddə qavramına bu şəkildə kompleks yanaşmaqdadır.Bu ayə bir çox insanlar üçün maraqlı sual olan "Əzrailin eyni anda dünyanın müxtəlif yerlərinə keçid etmə "məsələsini çox gözəl açıqlayır.Qara dəliklərdə maddənin yox olması-udulması da sürət dəyişmələrindən irəli gəlir.
Maddə ,bəlli bir enerjinin 3 ölçü fəza və zaman təsiri içində çox dar bir kanal seçməsindən irəli gəlir.Bu kvant kanallarında sürət Lorens düsturundakı 300.000 km / san limitini aşır.Qara dəliklər və ya bir başqa güclü Qravitasiya (Cazibə ) onları bu dar kanal asılılığından azad edir.Beləcə maddə ,fərqli məkanlarda (fəza ) fərqli sürətlər qazanmaqla yeni maddiyata dönə bilər .
Ruh və mələklərin sərhədsiz sürəti isə onlara başqa kainatlara sərbəst keçidi təmin edir.Elm adamları Syrinxof və Feinberqin axtardığı çılğın sürətli şüalar (işıqdan sürətli Tachyon şüaları ) bir anlamı ilə mələklərin xüsusiyyətidir. Quranın zamanın bu xüsusiyyətləri ilə əlaqəli ayəsi ,həm də zamanın təsirilə ağıl almaz sürətlərə malik mələklərdən söz etməsi ,aşkar şəkildə zaman-sürət və varlıqların sistemi arasındakı fiziki əlaqəni bəyan edir.
Müasir fizikanın ən gözlənilməz icadları və kəşfləri belə, qüsursuz və əskiksiz olaraq müqəddəs Quranda buyurulmuşdur.Təbii ki ,bizdən sonra da neçə-neçə hikmətlər aşkarlanaraq öyrəniləcəkdir.
Həmçinin bax:
Quranın Elmi Möcüzələri-interaktiv təqdimat
04:08 müəllif: Aliya Ahmadoaşərh et
Slaydshov və təqdimatlarınızda istifadə etmək üçün fiziki hadisələrin 3D animasiyaları lazımdır? Buyurun seyr edin və istifadə edin. Təqdimatlarınız daha maraqlı və yadda qalan alınacaq.
Maye səthində eninə Maye səthində Zərbə dalğasının Kristal atomlarının tarazlıq
və uzununa dalğanın dalğaların əks olunması nöqtəsi ətrafında
yayılması interferensiyası mümkün rəqsi
Ucadanışanda səs dalğalarının generasiyası Akustikada Dopler effekti
Furye sırasında siqnalların ötürülməsi Zərbə dalğası və Dopler effekti
Xətti polyarlaşmış qaçan elektromaqnit Ferromaqnitlərin maqnitləşmə xüsusiyyətləri
dalğalarının yayılması
Rezerford təcrübəsi-alfa zərrəciklərin metal Kəsişən elektrik və maqnit sahələrində
lövhənin atomlarındn səpilməsi yüklü zərrəciklərin hərəkəti
Maye səthində eninə Maye səthində Zərbə dalğasının Kristal atomlarının tarazlıq
və uzununa dalğanın dalğaların əks olunması nöqtəsi ətrafında
yayılması interferensiyası mümkün rəqsi
Ucadanışanda səs dalğalarının generasiyası Akustikada Dopler effekti
Furye sırasında siqnalların ötürülməsi Zərbə dalğası və Dopler effekti
Xətti polyarlaşmış qaçan elektromaqnit Ferromaqnitlərin maqnitləşmə xüsusiyyətləri
dalğalarının yayılması
Rezerford təcrübəsi-alfa zərrəciklərin metal Kəsişən elektrik və maqnit sahələrində
lövhənin atomlarındn səpilməsi yüklü zərrəciklərin hərəkəti
07:30 müəllif: Aliya Ahmadoaşərh et
Əbu Nasir Əl Farabi (870-950 ) təsviri Qazaxıstanın 1 təngə pul əskinası üzərində;Fəlsəfə dilçilik ,məntiq və digər sahələr üzrə məşğul olub.Təbiət elimləri vakuumun mövcudluğu və xüsusiyyətləri haqqında araşdırmaları vardır.
Nils Bor (1885-1962 ) Danimarkanın 500 kronluq pul əskinası üzərində;Bor kvant nəzəriyyəsinin memarlarından biri oub.O,atomun ilk kvant modelini verib və müasir kvant nəzəriyyəsinin inkişafında mühüm rol oynayıb.
Benjamin Franklin təsviri hər kəsin sevimlisi olan 100 dollar pul əskinası üzərində
Kristian Birklənd (1867-1917 )Norveçin 200 kronluq pul əskinası üzərində;Briklənd Yerin maqnit sahəsinin vəqütb parıltısının öyrənilməsində öncül olmuşdur.
Mariya və Pyer Kürilər Fransanın 500 franklıq pul əskinazı üzərində1994;Dünyada yeganə iki fizikin şəkili təsvir olunmuş pul əskinazıdır.
Maykl Faradey İngiltərənin 1993-cü il 20 funtluq pul əskinası üzərində;fizikada Faradey sabiti onun şərəfinədir.
Karl Frederik Qaussun təsviri Almaniyanın 1993-cü il 10 marklıq pul əskinası üzərində.
Nikolay Kopernik astrofizika tarixinə mühr vurmuşelm fədaisinin təsviri !982-ci il Polşanın 1000qızıl pul əskinası üzərindədir.
Leonard Eyler İsveçrənin 1979-1990-cı illərdə dövriyyədə olmuş 10 franklıq pul əskinazı üzərində təsvir olunmuşdur.
Mariya Skladovskaya Kürinin təsviri Polşanın 20000 qızıl pul əskinası üzərindədir.
Kristian Hyügensin təsviri Niderlandın 1955-ci ildə dövriyyədə olmuş 25 hulden pul əskinası üzərində olub
Albert Enşteyn adı Fizika ilə qoşa çəkilir,nisbilik nəzəriyyəsinin qurucusudur.Təsviri İsrailin 5 şekel pul əskinası üzərindədir
Nikola Tesla şərəfinə maqnit induksiya vektorunun vahidi adlandırılıb.Təsviri Yuqoslaviyanın 1995-ci il dövriyyəsi olan 5 yeni dinar puləskinası üzərində təsvir olunub.
Nikola Tesla-500 dinar Yuqoslaviya 1970
Blez Paskal təzyiqin vahidi onun şərəfinə adlandırılıb.Adını daşıyan qanunu elmə daxil edib.TəsviriFransanın 500 franklıq pul əskinası üzərindədir 1990.
Nils Henrik Abelin təsviri Norveçin 1982-ci il dövriyyədə olmuş 500 kron pul əskinazının üzərində.
Qalileo Qaliley Yaşadığı dövrün elmi düşüncələrində dəyişikliklər yarada bilmişdir.Sərbəst düşmə anlayışını vermişdir.İtaliyanın 1973-1976-cı illərdə dövriyyədə olmuş 2000 lir pul əskinası üzərində təsvir olunmuşdur.
İsaak Nyuton adı Fizika ilə qoşa çəkilən ,elmə öz töhfələrini vermiş alimin təsviri İngiltərənin 1 funt Pul əskinazı üzərində təsvir olunub1990
Ernest Rezerford atom fizikasına öz elmi töhfələrini vermişdir.Təsviri Yeni Zellandiyanın 100 dollar pul əskinası üzərində yer alır.
Ervin Şredingerin təsviri Avstriyanın 1000 şillinq 1983-cü il pul əskinası üzərində olmuşdur.Elmə Şredinger tənliyini vermişdir.
Aleksandro Volt.Gərginliyin vahidi onun şərəfinə adlandırılmışdır.İtaliyanın 1984-cü il 10000 lir pul əskinasında təsvir olunmuşdur
09:02 müəllif: Aliya Ahmadoaşərh et
_35 26
10 metrdən 9,3*10 metr
ölçülərədək ağılasığmaz, müqayisəli, idarə edə
biləcəyiniz möhtəşəm animasiya.
Xətkeş üzərində insan siluetindən başlayaraq sağa doğru mausu hərəkət etdirməklə
getikcə artan ölçüləri ,maddi varlıqları heyranlıqla seyr edin ; sola doğru mausu
hərəkət etdirməklə isə özündən ölçücə kiçik olan , gözlə görə bilməyəcəyin ,hətta təsəvvür edə bilməyəcəyin var olan reallıqlarla baş-başa qalacaqsan. Gördüklərini baxmaq üçün dostlarına da məsləhət görəcəksən.
Nə öyrənə bildin ?
-Deməli, Kainatın hələdə dəqiq olmayan ölçüləri
930 Ym (yottametr)-dir , daha dəqiq 26
93 000 000 000 İşıq ili , daha da dəqiq 9.3 10 metrdir .
-Biz, yəni Yer planeti , Günəş qallaktikası heç də Kainatın mərkəzində yerləşmirmişik.
-Deməli, Kainatın hələdə dəqiq olmayan ölçüləri
930 Ym (yottametr)-dir , daha dəqiq 26
93 000 000 000 İşıq ili , daha da dəqiq 9.3 10 metrdir .
-Biz, yəni Yer planeti , Günəş qallaktikası heç də Kainatın mərkəzində yerləşmirmişik.
08:54 müəllif: Aliya Ahmadoaşərh et
Müəllim şagirdlərə atomun quruluşunu başa salır:
-Beləliklə,uşaqlar,atom nüvə və onun ətrafında fırlanan
elektronlardan təşkil olunb.Hamıya aydındır ?
-Bəli, bir şey aydın olmadı, bəs nüvə ilə elektronlar arasında nə var ?
-Aaa...yəqin ki...hava var.
Müəllim soruşur:
-"at gücü"-nün nə olduğunu bilən varmı ?
-Boyu 1m və kütləsi 1kq olan atın yaratdığı gücə " at gücü " deyilir.
-Maraqlıdır! Sən özün elə at görmüsən ?
-Xeyir, onu Parisdə ,Ölçü və Çəkilər üçün Etalonlar Palatasında saxlayırlar.
Müəllim soruşur:
-Deməli ,.. Arximed alim olub ..su ilə dolu
vannada uzanıb fikirləşən vaxt birdən " Evrika" deyə qışqırıb.
vannada uzanıb fikirləşən vaxt birdən " Evrika" deyə qışqırıb.
-Evrika nə deməkdir ki?
-"tapdım" deməkdir.
-Arximed nə tapmışdı ki?
-Bilmirəm...yəqin sabun tapıb.
-Bilmirəm...yəqin sabun tapıb.
-Vəliyev , bu iki fazanı əlinə alsan ,səni neçə volt gərginlik vurar?
-Müəllim , mən niyə?, Məmmədov fazaları əlinə alsın , axı əlaçı odur?!
Müəllim:
-Əli, Yerin forması dairəvidir , yoxsa ellipsdir ?
-Müəllim, dəqiq bilmirəm ,ancaq babam deyir ki, dünya çox qarmaqarışıqdır.
-Baba ,müəllimim dedi ki , bu gün Günəş tutulması baş verəcək.Olar, həyətə çıxım ,baxım ?
-Bala ,çıx bax , ancaq çox yaxına getmə!
Əhməd kiçik qardaşına deyir :
-Vəli, bilirsən ,ümumdünya cazibə qanunu olmasa idi , biz havada uçardıq.
-Çox heyf ,görəsən kim və nə vaxt bu qanunu qəbul edib, imzalayıb ?
Bir gün Nəsrəddin Hocadan zarafatla soruşurlar:
-Hoca ,sən bilərsən ,dünyanın mərkəzi haradadır ?
Nəsrəddin Hoca özünü itirmədən cavab verir :
-Uzunqulağımın ayağını qoyduğu yerdədir.İnanmırsınız,ölçün!
Müəllim :
-Uşaqlar ,bilirsinizmi ,ümumdünya cazibə qanunu hesabına biz yerdə ayaq üstə dururuq ,gəzirik.
-Müəllim , bəs bu qanun qəbul olunmazdan əvvəl necə ayaq üstə dururduq ?
Ata qızının gündəliyini yoxlayır :
Fizika-2
Kimya -2
Tarix -2
Ədəbiyyat-2
Nəğmə -5
Qiymətləri görən ata hiddətlənir:
-Bu qiymətlərlə hələ sənin mahnı oxumaq həvəsin də var ?!
Stola içində yarıya qədər su olan stəkan qoyulur.Təklif olunur ki , hər kəs öz fikrini söyləsin.
Optimist deyir :
-Yarım dolu su stəkanıdır.
Pessimist deyir :
Stəkanın yarısı boşdur.
Mararaqlıdır bəs fizik nə deyir. O, yazır :
1/2 ( Vtam -Vdolu)
Valideyn iclasında ata etiraf edir :
-Sizinlə razıyam , söz mənim oğlumun bu qulağından girir , o biri qulağından çıxır.Neyləyə bilərəm ?
Fizika müəllimi tez düzəliş edir :
-Səhv edirsiniz ,səs vakuumda (boşluqda ) yayılmır!
-Ata ,sənə bir fizika sualı verəcəm ,baxaq cavab verə biləcəksən?
Gücü nə ilə ölçürlər ?
-Bala ,gücü indi pul ilə ölçürlər!
-Bəs fizika müəllimim deyir ki . gücü Vattla ölçürlər ?!
Müəllim:
-Əli, Yerin forması dairəvidir , yoxsa ellipsdir ?
-Müəllim, dəqiq bilmirəm ,ancaq babam deyir ki, dünya çox qarmaqarışıqdır.
-Baba ,müəllimim dedi ki , bu gün Günəş tutulması baş verəcək.Olar, həyətə çıxım ,baxım ?
-Bala ,çıx bax , ancaq çox yaxına getmə!
Əhməd kiçik qardaşına deyir :
-Vəli, bilirsən ,ümumdünya cazibə qanunu olmasa idi , biz havada uçardıq.
-Çox heyf ,görəsən kim və nə vaxt bu qanunu qəbul edib, imzalayıb ?
Bir gün Nəsrəddin Hocadan zarafatla soruşurlar:
-Hoca ,sən bilərsən ,dünyanın mərkəzi haradadır ?
Nəsrəddin Hoca özünü itirmədən cavab verir :
-Uzunqulağımın ayağını qoyduğu yerdədir.İnanmırsınız,ölçün!
Müəllim :
-Uşaqlar ,bilirsinizmi ,ümumdünya cazibə qanunu hesabına biz yerdə ayaq üstə dururuq ,gəzirik.
-Müəllim , bəs bu qanun qəbul olunmazdan əvvəl necə ayaq üstə dururduq ?
Ata qızının gündəliyini yoxlayır :
Fizika-2
Kimya -2
Tarix -2
Ədəbiyyat-2
Nəğmə -5
Qiymətləri görən ata hiddətlənir:
-Bu qiymətlərlə hələ sənin mahnı oxumaq həvəsin də var ?!
Stola içində yarıya qədər su olan stəkan qoyulur.Təklif olunur ki , hər kəs öz fikrini söyləsin.
Optimist deyir :
-Yarım dolu su stəkanıdır.
Pessimist deyir :
Stəkanın yarısı boşdur.
Mararaqlıdır bəs fizik nə deyir. O, yazır :
1/2 ( Vtam -Vdolu)
Valideyn iclasında ata etiraf edir :
-Sizinlə razıyam , söz mənim oğlumun bu qulağından girir , o biri qulağından çıxır.Neyləyə bilərəm ?
Fizika müəllimi tez düzəliş edir :
-Səhv edirsiniz ,səs vakuumda (boşluqda ) yayılmır!
-Ata ,sənə bir fizika sualı verəcəm ,baxaq cavab verə biləcəksən?
Gücü nə ilə ölçürlər ?
-Bala ,gücü indi pul ilə ölçürlər!
-Bəs fizika müəllimim deyir ki . gücü Vattla ölçürlər ?!
Подписаться на:
Сообщения (Atom)