Gələcək indidir ! Göögle Gözlüklərin təqdim etdiyi imkanlardan istifadə etməklə təhsil verənlər və təhsil alanlar təlim və tədris prosesindən məmnun qalacaqlar .Araşdırın və tətbiq edin !
06:55 müəllif: Aliya Ahmadoaşərh et
Hər gün milyonlarla insan Googleda müxtəlif informasiyaların axtarışını edir.Ancaq çox az sayda istifadəçi Googlenin axtarış imkanlarını bilir və istifadə edir.Googledən istifadə edərək daha effektli məlumat axtarma üsullarından bir neçəsini sizə təqdim edəcəm.Oxuyun , tətbiq edin və yararlanın.
1.Dəqiq ifadə və ya söz birləşməsinin tapılması
Dəqiq ifadə və ya söz birləşməsinin tapılması çox sadədir!Bunun üçün sadəcə olaraq « » dırnaq işarəsinhttps://www.blogger.com/blogger.g?blogID=4593123005315568423#editor/target=post;postID=8638326289761623395;onPublishedMenu=allposts;onClosedMenu=allposts;postNum=0;src=linki istifadə edin.Bununla da , Google eynilə axtardığınız ifadə ,söz birləşməsi və ya söz forması olan veb səhifələri axtarıb sizə təqdim edəcək.
Nümunə :
« qapalı trayektoriyada görülən iş »
2. Bir kəlməsini unutduğunuz sitatın ,qanunun və ya tərifin tapılması
Bu axtarış da sadədidir ! Sadəcə olaraq bir kəlməsini unutduğunuz sitatı və s « » dırnaq işarəsi içində yazın və unutduğunuz kəlmənin yerinə * ilduz işarəsi qoyun . Beləliklə sitat və s. unutduğunnuz kəlmə ilə birlikkdə Google tərəfdən tapılacaq.
Nümunə :
« Həyat velosiped kimidir , * itirməmək üçün daim irəliləmək lazımdır »
3.Bir neçə istənilən sözün tapılması
Sizə lazım olan sözlərin Google tərəfindən eyni zamanda axtarışı üçün sadəcə sözlər arasına şaquli sleş-cizgi :| qoymaq lazımdır.Bu sözlərdən istənilən biri olan sənədlər tapılıb sizə təqdim olunacaq.
Nümunə :
fizika | laboratoriya | virtual
4.Eyni cümlədə işlənməsini istədiyiniz sözlərin axtarılması
Bunun üçün qəşəng adı olan operatoru « ampersand » — & istifadə etməlisiniz. Əgər sözləri ampersand işarəsilə birləşdirsəniz Googl bu iki sözün birgə işləndiyi cümlələri tapıb sizə təqdim edəcək
Nümunə :
Qaliley qülləsi & Piza
5.Axtarışdan hansısa sözü ixtisar etmək
Sadəcə olaraq axtarışın verdiyi nəticələrdə qarşılaşmaq istəmədiyiniz sözün düz qarşısına minus işarəsini - qoymaq lazımdır.
Nümunə :
Sadəcə olaraq axtarışın verdiyi nəticələrdə qarşılaşmaq istəmədiyiniz sözün düz qarşısına minus işarəsini - qoymaq lazımdır.
Nümunə :
fizika qanunları -qanunvericilik
6. Müəyyən veb səhifədə hansısa sözün axtarışı
Bu tipli axtarışlarda site operatoru istifadə olunur.bu birbaşa axtarış zamanı müəyyən veb səhifəni göstərməklə orada ixtiyari sözün axtarışını təmin edir .Mütləq site: yazılışından istifadə etməlisiniz.
Nümunə :
7.Müəyyən formatlı sənədin axtarışı
Szə mime operatoru kömək ola bilər .Sadəcə olaraq mime: və daha sonra sizə lazım olan pdf və ya doc tipini yazın
Nümunə :
Fənn kurikulumu təlim materialları mime:pdf
8. Sözün mənasının axtarışı
Sadəcə olaraq mənasını axtardığınız sözün qarşısına define: operatorunu qeyd etmək lazımdır
Nümunə :
define:ətalət
07:00 müəllif: Aliya Ahmadoaşərh et
Əziz oxucum, yəqin ki , şəkilli əlifbalara rast gəlmisiniz.Fizkadan sizə məlum olan kəmiyyətləri də İngilis dilli əlifba şəklində təqdim edirəm.Niyə İngilis dilində ? Əmin olun ki ,əgər zəmanə ilə ayaqlaşmaq , müasir təhsil trendlərindən geri qalmaq istəmirsinizsə beynəlxalq dillərdən olan İngilis dilinin öyrənilməsini sizə inadla məsləhət görürəm. Düşünürəm ki ,bu maraqlı Fizika Kəmiyətləri Əlifbası sizə bu istiqamətdə fərqli öyrənmə üsulu olacaq.Baxın ,Öyrənin ,Faydalanın !
Bəzən bizdə sual yaranır,niyə təcili a-ilə, zamanı -t ilə, məsafəni -d ilə və yaxud tutumu -C ilə və s. işarə edirlər. Yaxın əyləş , həm fiziki kəmiyyətlərin işarələrini , həmdə İngilis dilində fizikaya aid olan sözlər öyrənəcəyik. Maraqlıdır , elə deyilmi ? Buyurun oxuyun:
Bəzən bizdə sual yaranır,niyə təcili a-ilə, zamanı -t ilə, məsafəni -d ilə və yaxud tutumu -C ilə və s. işarə edirlər. Yaxın əyləş , həm fiziki kəmiyyətlərin işarələrini , həmdə İngilis dilində fizikaya aid olan sözlər öyrənəcəyik. Maraqlıdır , elə deyilmi ? Buyurun oxuyun:
yol ( l) - length
yerdəyişmə (S) -strength
məsafə (d) -distace
kütlə (m) -mass
amplitud (A) -amplitide
həcm (V) -volyume
sürət (v) -velocity
təcil (a ) -acceleration
aktivlik (A) - activity
period ,zaman (T) - time
impuls ( P) -pulse
qüvvə (F) -Force
iş (A ) -Activity
enerji (E) -Energy
təzyiq (P) - Press
şüalanma dozası (D ) -Dozen
elektrik tutum , istilik tutumu (C) -Capacity
Düşünürəm ki , öyəndiklərinizdən faydalanacaqsiniz.
22:06 müəllif: Aliya Ahmadoa1 şərh
iCircuit- maraqlı , öyrədici və tətbiq edici proqramdır. Razılaşarsınız ki, məktəbdə keçilən fizika dərslərində cərəyan dövrəsinin elementləri ilə tanışlıq ,müqavimətlərin ardıcıl və paralel qoşulması ,müxtəlif cərəyan dövrələrinin yığılması üçün lazımi imkanlar yoxdur və ya vəsaitlər olsa da müəllimlər fantaziyalarımıza sərhəddlər qoyur. .Çünki texniki təhlükəsizlik qaydalarının gözlənilməsi vacib şərtdir! iCircuit vəsaiti öz istifadəçisinə bu baxımdan sərhədsiz imkanlar verir; çoxlu sayda rezistorlar ,lampalar ,reostatlar vəs. İstifadəçilərdən sadə sintezatorlar ,elektron saatlar vəs qura bilən istifadəçilər var.
23:12 müəllif: Aliya Ahmadoaşərh et
Newton’s Playground - planetlərin qarşılıqlı cazibəsii imitasiya edən Fizika Oyunudur.Ekranda bir- birinin orbitinə düşən . hərəkət trayektoriyasının dəyişməsinə səbəb olan onlarla səma cisimləri hərəkət edir. Newton’s Playground oyununda siz hətta Planetlərin Günəş Sistemini müxtəlif variantlarda qurmaq imkanına maliksiniz.Səma cisimlərinin sıxlığı ,kütləsi .həcmi ,orbiti ,hərəkət trayektoriyası seçimində sərbəstsiniz. Bu oyun gələcəyin astronom və ya astronavt olmaq istəyənləri üçün əla bir öyrədici sınaq meydanhttps://itunes.apple.com/app/newtons-playground/id577911247?mt=8https://itunes.apple.com/app/newtons-playground/id577911247?mt=8ıdır
22:51 müəllif: Aliya Ahmadoaşərh et
Powder Toy -tam ödənişsiz olan bu Fizika Öyrədici Oyun ilk baxışdan Algodoo oyununa oxşayır. Lakin bu oyun daha maraqlıdır,çünki burada prosesin getdiyi həcmlərdəki temperatur və təzyiq amilləri nəzərə alnır.Algodoonun gənc mühədis oyunçuları təyyarə , gəmi və avtomobil düzəltməklə məşqul olduqları halda ,Povder Toy həvəskarları daha çətin və məsuliyyətli işlə , nüvə reaktorları və vulkanları hazırlamaqla məşquldurlar.
22:32 müəllif: Aliya Ahmadoaşərh et
Algodoo - mexaniki obyektlərin ikiölçülü müstəvidə simulyatorudur. Algodoo oyun alətləri kifayət qədər təkmilləşmiş mexanizmlər yaratmağa imkan verir.Bu fizika oyun simulyatorunda sadə bloklardan , vintlərdən ,yaylardan ,zəncir və kəndirlərdən istifadə edərək hətta avtomobil də düzəltmək olar.Algodoo simulyatorunun analiz rejimi hazırladığınız mexanizmlərin hərəkəti zamanı onlara təsir edən qüvvələri və bu qüvvələrin qarşılılqlı təsirini müşahidə etməyə imkan yaradır. Youtubeda yerləşdirilmiş çoxsaylı öyrədici videolardan və Algodoo rəsmi saytındakı köməkdən istifadə edərək , fizika həvəskarları və gələcəyin mühəndis namizədləri bir-birindən maraqlı hərəkətli mexanizmlər hazırlaya biləcəklər.
02:43 müəllif: Aliya Ahmadoaşərh et
PC, Mac və Linux — $19.95, Android və iOS — $2.99 civarında olan bu Crayon Physics Delux fizika oyunu fizikanı başa düşməkdən də sadədir. Mexanikanın əsasları haqqında olan pazzl- cazibə ,təcilli hərəkət və sürtünməkimi hadisələri əhatə edir.Oyun mum kandarandaşları ,uşaq rəsmləri və incə musiqinin fonunda əslində qəliz olan fizikanı əyləncəli şəkildə oyunçunun ruhuna hakim edə bilər.
02:12 müəllif: Aliya Ahmadoaşərh et
PC, Mac və Linux — $5 - $50 civarında olan bu fizika oyununu başqa sözlə " kvarkın subatom fəzasında tənhalığı " kimi də adlandırmaq olar. Particulars oyunu arkada və pazzlların elementar zərrəciklər fizikası ilə qarışımıdır.Kvarkı idarə edən oyunçu müxtəlif elementar zərrəciklərlə qarşılaşmalı olur. Bu zaman zərrəciklərin cazibəsi və itələnməsi ,birləşməsi və parçalanması ,polyarlığının dəyişməsi fizika qanunlarına uyğun olaraq baş verir.Particulars fizika oyununda xırdalıqlara varılmasa da ,ümumilikdə Xüsusi Nisbilik Nəzəriyyəsinin prinsiplərini anlamaq olur.
Подписаться на:
Сообщения (Atom)